Deputat: "Mərdəkana getmişdim, qorxunun götürülməsi üçün qolumu yandırıblar"
24 sentyabr 2020 00:15 (UTC +04:00)

Deputat: "Mərdəkana getmişdim, qorxunun götürülməsi üçün qolumu yandırıblar"

“Gecə çölə çıxanda, qaranlıq olanda, çox qorxuram. Hətta qorxulu filmlərə baxandan sonra bir otaqdan o biri otağa keçməyə qorxuram. Bu, həqiqətdir. Bilmirəm, nə fobiyadır məndə qalıb… Bir neçə dəfə qorxu götürən pirə də getmişəm Mərdəkanda. Qorxunun götürülməsi üçün qolumu da yandırıblar…”

Lent.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Deputat siyasi məsələlərlə bağlı həqiqəti deməkdə qorxusunun olmadığını qeyd edib: “Çünki bilirəm ki, həqiqətləri deyirəm. Həmişə dövlətin yanındayam, dövlətə qarşı çıxmıram, rüşvət almıram, vermirəm, nədən qorxacağam ki? Həqiqətləri deməkdən qorxmaq lazım deyil. Təbii ki, müəyyən məsələlərdən qorxmaq da lazımdır. Bəzi hallarda hiss, emosiya getdikdən sonra düşünürsən ki, hansısa məqamlarda təhlükələr ola bilər…”.

R.Nurullayev daha qorxu filmlərinə baxmadığını bildirib.

Pravda.az

# 2635
avatar

Oxşar yazılar