“Əhalinin 20 faizinə peyvənd vurulması kifayətdir" - Ramin Bayramlı
23 sentyabr 2020 15:44 (UTC +04:00)

“Əhalinin 20 faizinə peyvənd vurulması kifayətdir" - Ramin Bayramlı

“Hesablamalar göstərir ki, əhalinin ilkin olaraq 20%-nə peyvəndlərin vurulması epidemioloji vəziyyətə effektiv nəzarət etmək üçün kifayət edə bilər. İstifadə oluna biləcək vaksinlər üzrə vacib tələblərdən biri vaksinin effektiv və təhlükəsiz olmasıdır”.

APA-nın məlumatına görə, bunu bu gün Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-COV-2 virusuna qarşı vaksinasiya məsələlərinə həsr olunmuş iclasda TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, hazırda seroloji testlər aparılır: “ÜST-ün də tövsiyəsinə əsasən, ilkin olaraq əhalinin 20 faizinə peyvənd vurulması yetərli sayılır”.

# 2104
avatar

Oxşar yazılar