Mağazanı yarıb külli miqdarda pul apardılar
23 sentyabr 2020 11:37 (UTC +04:00)

Mağazanı yarıb külli miqdarda pul apardılar

Sentyabrın 17-də Səbail rayonu ərazisindəki mağazaların birindən 1000 manat və 3000 dollar pul oğurlanıb.

DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi və Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində maqda şübhəli bilinən Naftalan şəhər sakini B.İsmayılov, Sumqayıt şəhər sakini F.Kərimov və Şamaxı rayon sakini N.Rəhimov saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1523

Oxşar yazılar