Rusiyada daha 60 nəfər koronavirusdan öldü
22 sentyabr 2020 19:36 (UTC +04:00)

Rusiyada daha 60 nəfər koronavirusdan öldü

Rusiyada son sutka ərzində daha 6 215 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 115 810 nəfərə çatıb.

Son sutka ərzində 60 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 19 649 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

# 1288
avatar

Oxşar yazılar