Polisi dişləyən azərbaycanlı cərimələndi
22 sentyabr 2020 10:44 (UTC +04:00)

Polisi dişləyən azərbaycanlı cərimələndi

Rusiyanın Volqoqrad şəhərində polisi dişləyən Azərbaycan vətəndaşı cərimələnib.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, şəhərin Traktorozavodsk rayon məhkəməsi həmin şəxsi 10 min rubl (təxminən 220 manat) məbləğində cərimələyib.

Məlumata görə, Azərbaycan vətəndaşı onu saxlayan polis əməkdaşı ilə mübahisə edib və onun sağ əlini dişləyib. O, yüngül xəsarət yetirməkdə günahkar bilinib.

 

# 2233
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar