Liftin bahalı mühərrikini oğurladılar
21 sentyabr 2020 19:29 (UTC +04:00)

Liftin bahalı mühərrikini oğurladılar

Avqustun 17-də rayon ərazisindəki binalardan birinin liftinin 5000 manat dəyərində mühərrikini oğurlanıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş D.Bağırov və Göyçay rayon sakini P.İsmayılov saxlanılıblar.

# 1345
avatar

Mehman Nəbiyev

Oxşar yazılar