Şəhidimiz dəfn edilib - FOTO - YENİLƏNİB
21 sentyabr 2020 16:36 (UTC +04:00)

Şəhidimiz dəfn edilib - FOTO - YENİLƏNİB

Azərbaycan Ordusunun şəhid olan hərbçisi dəfn edilib.

APA-nın yerli bürosunun məlumatına görə, Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində şəhid olan, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Məmmədov Elşən Əli oğlu doğulduğu Tovuz rayonunun Qazqulu kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib. 

 

15:06

Azərbaycan Ordusunun şəhid olan hərbçisi ilə vida mərasimi keçirilir.

APA-nın yerli bürosunun məlumatına görə, Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində şəhid olan, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlunun nəşi doğulduğu Tovuz rayonunun Qazıqulu kəndinə gətirilib. Şəhidlə vida mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edir.

Qeyd edək ki, sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində isə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.  

Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

 

# 10330
avatar

Oxşar yazılar