14 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə ev verildi
21 sentyabr 2020 14:55 (UTC +04:00)

14 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə ev verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naftalanda 6, Ağstafa rayonunda 6, Lerik rayonunda isə 2 yeni inşa etdirilmiş fərdi yaşayış evi şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, Naftalanda keçirilən evlərin təqdim edilməsi tədbirində bildirilib ki, sosial müdafiə proqramlarından biri olan şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramı ildən-ilə genişləndirilir. Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə  2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626, ötən il 934 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi işləri aparılır. Bu gün Naftalan şəhərində, Ağstafa və Lerik rayonlarında təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 598 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 44 fərdi ev) verilib. Qalan evlər də ilin sonunadək veriləcək.

Qeyd olunub ki, ümumilikdə ötən dövrdə şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 8186 mənzil və fərdi ev təqdim edilib.

 

# 1957
avatar

Aygün İbrahimli

Oxşar yazılar