Xızıda silahlı insident: Saxlanılan var - FOTO
21 sentyabr 2020 13:31 (UTC +04:00)

Xızıda silahlı insident: Saxlanılan var - FOTO

Sentyabr ayının 19-da Xızı rayon Polis Şöbəsinə rayonun Altıağac qəsəbə sakini Rauf Fərzəliyevə bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olub. 

DİN mətbuat xidmətindən Lent.az-a bildirilib ki, məlumatla əlaqədar polis əməkdaşları dərhal hadisənin baş verdiyi əraziyə yollanıblar. Həyata keçirilən araşdırmalar nəticəsində məlum olub ki, qəsəbə sakini Rauf Fərzəliyev şəxsi münasibətlər zəminində "BORAWING" markalı silahla bir dəfə Vahid Əhmədova atəş açıb. Atəş zamanı xəsarət alan olmayıb. Daha sonra isə V.Əhmədov əlində olan bıçaqla R.Fərzəliyevə xəsarət yetirib. 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

# 1981
avatar

Mehman Nəbiyev

Oxşar yazılar