Qanunsuz ov edənlər cərimələndi
21 sentyabr 2020 10:59 (UTC +04:00)

Qanunsuz ov edənlər cərimələndi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Şamaxı rayonunun Qızmeydan kəndi yaxınlığında qanunsuz ov edənlər saxlanılıb.

Lent.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Xamis İsayev, Şamaxı rayon sakinləri Habil Əliyev, Tofiq Məhərrəmov olduğu müəyyənləşdirilib və onlardan ov tüfəngləri götürülüb.

“Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunub”.

# 988
avatar

Oxşar yazılar