Eynək taxanlar koronavirusa daha az yoluxur - ARAŞDIRMA
18 sentyabr 2020 19:48 (UTC +04:00)

Eynək taxanlar koronavirusa daha az yoluxur - ARAŞDIRMA

Son dəqiqə xəbərinə görə, çinli alimlərin apardıqları yeni bir araşdırmada, gündəlik eynək taxan insanlarda yeni bir koronavirus (COVID-19) diaqnozu qoyma nisbətinin ümumi populyasiyadan 5 dəfə aşağı olduğu açıqlanıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Çinin Nanchanq Universitetində aparılan yeni bir araşdırmada, gündəlik eynək taxmağın yeni bir koronavirusa yoluxmaq riskini azalda biləcəyi açıqlanıb. Alimlər eynək taxanlarda COVID-19 diaqnozunun ümumi populyasiyadan daha az olduğunu aşkar etdilər.

Tədqiqatçılar tapıntılarının, səhiyyə işçilərinin niyə göz qorumasına ehtiyac duyduqlarına dair daha çox dəlil olduğunu izah edib.

“JAMA Oftalmologiya”da dərc olunan araşdırma üçün qrup 276 xəstəni müayinə edib, onlardan 30-na 27 yanvar - 13 mart arasında COVID -19 diaqnozu qoyulub.

Hamısı uzağı görə bilməyən ümumilikdə 16 xəstənin ümumiikdə 5,8 faizinin gün ərzində səkkiz saatdan çox eynək taxdığı məlum olub.

Tədqiqatçılar, eynəklərin ondan istifadə edənlərin gözlərinə toxunmasına maneə törətdiyini və ya qarşısını aldığını, bununla da virusun əllərdən gözlərə keçməsinin qarşısını aldığını bildiriblər.

 

# 2038
avatar

Oxşar yazılar