Anna Netrebko koronavirusa yoluxdu, əri Yusif Eyvazovda...
17 sentyabr 2020 11:55 (UTC +04:00)

Anna Netrebko koronavirusa yoluxdu, əri Yusif Eyvazovda...

Rusiyanın məşhur opera müğənnisi Anna Netrebko koronavirusa yoluxub.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə A. Netrebko “Instagram” səhifəsində məlumat verib.

O, koronavirus infeksiyasının səbəb olduğu pnevmoniya ilə bağlı xəstəxanaya yerləşdirildiyini yazıb: “Artıq beş gündür ki, xəstəxanadayam. Sağalmağa doğru gedirəm. Xəstələndiyimi hiss edən kimi özümü təcrid elədim, baxmayaraq ki, koronavirus testinin nəticəsi neqativ çıxmışdı. Vaxtında xəstəxanaya gəldim”.

A. Netrebko həyat yoldaşı, Azərbaycanın xalq artisti Yusif Eyvazovda koronavirusa qarşı antitel aşkarlandığını qeyd edib.

Xatırladaq ki, Rusiyanın Xalq artisti A. Netrebko və onun həyat yoldaşı Azərbaycanın Xalq artisti Yusif Eyvazov Moskva Böyük Teatrının solistləridirlər.

# 2110
avatar

Oxşar yazılar