Bakı məktəbində HADİSƏ: qadın huşunu itirib...
16 sentyabr 2020 17:45 (UTC +04:00)

Bakı məktəbində HADİSƏ: qadın huşunu itirib...

Sentyabrın 15-də Bakının Sahil qəsəbəsi 253 nömrəli məktəbdə “Məktəbinin dostu” layihəsində çalışan xanım özünü narahat hiss edib və huşunu itirərək yıxılıb.

Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, müəssisə tərəfindən dərhal təcili tibbi yardım maşını çağırılıb və o, şəhər klinik xəstəxanasına çatdırılıb:

"O, ilkin yardım göstərilərək müayinələrdən keçirilib, həmin gün evə buraxılıb. Müalicəsi ev şəraitində aparılır, vəziyyəti yaxşıdır. Məsələ Təhsil Nazirliyinin diqqətindədir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4520

Oxşar yazılar