Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilmiş 24 cinayətin üstünü “isti izlər”lə açıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş verən 4 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.