Xaricdə yaşayan heykəltəraş soydaşımız Atatürkün büstünü hazırlayıb - FOTO
15 sentyabr 2020 14:29 (UTC +04:00)

Xaricdə yaşayan heykəltəraş soydaşımız Atatürkün büstünü hazırlayıb - FOTO

Ukraynanın Xalq rəssamı, heykəltəraş soydaşımız Katib Məmmədov tərəfindən Osmanlı-türk paşası, siyasi xadim və dövlət xadimi Mustafa Kamal Atatürkün büstü hazırlanıb.

Bu barədə K.Məmmədovun özü məlumat verib.

Azərbaycanın Ukraynadakı səfirliyi və heykəltəraşın birgə təşəbbüsü ilə hazırlanan büst tuncdandır. Büstün postamentlə birlikdə hündürlüyü 2 metrə yaxındır.

K.Məmmədov bildirib ki, büst noyabrın 10-da Atatürkün anım günündə Türkiyənin Ukraynadakı səfirliyinə hədiyyə ediləcək. Bu münasibətlə Azərbaycan və Türkiyənin Ukraynadakı səfirliklərinin birgə təşkilatçılığı ilə tədbir keçiriləcək.

Qeyd edək ki, Atatürkün büstünün Türkiyənin Ukraynadakı səfirliyinin giriş hissəsinə qoyulacağı nəzərdə tutulur.

(AZƏRTAC)

# 1483
avatar

Oxşar yazılar