Sumqayıtda taksi sürücüsünə qarşı soyğunçuluq edildi
15 sentyabr 2020 14:12 (UTC +04:00)

Sumqayıtda taksi sürücüsünə qarşı soyğunçuluq edildi

Sumqayıtda taksi sürücüsünə qarşı soyğunçuluq edilib.

DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, hadisə sentyabrın 10-da Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi ərazisində baş verib.

Belə ki, şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Hüseynov idarə etdiyi “Toyota” markalı avtomobilə sərnişin qismində oturmuş bir nəfərin onun mobil telefonunu açıq talama yolu ilə aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əliyev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1967

Oxşar yazılar