Payızda dəbli görünməyin yolları: Sadəcə 30 saniyə lazımdır
16 sentyabr 2020 19:38 (UTC +04:00)

Payızda dəbli görünməyin yolları: Sadəcə 30 saniyə lazımdır

Təcrübəmizə görə, qərar verməsi saniyələr çəkən, lakin bütün diqqətləri cəlb edən uyğunlaşdırılmış geyimlər qış mövsümündə dəbli görünməyin açarıdır.

Lent.az xarici KİV-ə istinadən 30 saniyə ərzində dəbli görünüş yaratmağın sirlərini təqdim edir:

Dəb tapmacamıza cavab axtararkən, ən sevdiyimiz moda ikonlarını izləməyə və asan, cazibədar paltar uyğunlaşmalarının şifrəsini çözməyə çalışırıq.

Zolaqlı köynək, cins şalvar, idman ayaqqabısı

Aranızda “zolaqlı” geyimlərə qapılan biri varmı? Mövsümdən asılı olmayaraq, qarderobunuzda zolaqlı parçaları əldən verə bilmirsinizsə, bu 3 parçalı kombinasiyanı sınayın.

Tünd göy və qara

Son illərədək istifadə etməyi düşünmədiyiniz bu iki bir-birinə zidd rəng artıq iki ən yaxşı dostdur. Yeni mövsümdə bu rəng birləşməsini sınamadan keçməyin.

Palto 

Keçid mövsümlərinin vazgeçilməzlərindən olan paltolar rəngləri və rahat istifadə olunma quruluşları ilə bir çox seqment tərəfindən üstünlük veriləndir.

 

# 3937
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar