Çətin günlər keçirən La Liqanın nəhəngi “Barselona” hollandiyalı ulduz Memfis Depayı transfer etməyə razılıq alıb.
Əvvəlcə “Bavariya”ya 8:2 hesabı ilə məğlubiyyət, sonra Lionel Messinin klubdan ayrılmaq istəyi “Barselona”da böyük bir xaosa səbəb olmuşdu.
Hollandiyanın “De Telegraaf” qəzetinin məlumatına görə, “Barselona” Memfis Depay üçün klubu “Lyon” ilə razılığa gəlib. Razılaşma çərçivəsində gələn ilin yayında əlavə 5 milyon avro və 2 milyon avro bonus ödənəcək.
Hücum xəttini gücləndirmək istəyən “Barselona”nın yeni məşqçisi Ronald Kumanın Hollandiya vətəndaşının transferdə ilk hədəfi olduğunu qeyd etmişdi.