Aygünü, Röyanı, Faiqi “Nömrə 1” saymadı: “Çox aşağıdadırlar” - QALMAQAL - VİDEO
14 sentyabr 2020 11:18 (UTC +04:00)

Aygünü, Röyanı, Faiqi “Nömrə 1” saymadı: “Çox aşağıdadırlar” - QALMAQAL - VİDEO

Müğənni Elçin Cəfərov şou-biznesdə qalmaqala səbəb olacaq açıqlama verib.

Lent.az-ın canlı yayımında qonaq olan ifaçı şou aləmində heç bir həmkarını “Nömrə 1” saymadığını deyib:

“Şou-biznesdə birincilik işlə olur. Çox işləsən, yaxşı mahnıların çıxsa, yaxşı çalışsan, o pillədə olacaqsan. Mən hazırkı vəziyyətdə birinci olan müğənni görmürəm. İndi 1-ci olan yoxdur. Azərbaycana görə birinci var, amma çox aşağıdadır. Bu qadın və kişi müğənnilərinə də aiddir. İrəlidə olanlar var, onları hamı bilir. Tamaşaçılarda da pis xüsusiyyət odur ki, müğənni ilə tam maraqlanmırlar. Bivec kimi davranırlar. Məsələn, şəhərdə sorğu keçirirsən, uzun illər mahnı çıxarmayan Aygün Kazımovanın və Röya Ayxanın adını çəkir. Tamaşaçı maraqlanmır ki, təzə nə mahnılar çıxıb”.

Xatırladaq ki, illərdir şou-biznesdə “Nömrə 1” mövzusu uğurunda mübarizədə qadınlar arasında xalq artistləri Aygün Kazımova, Röya Ayxan, kişilərdən isə Faiq Ağayevin adı hallanır.

Qeyd edək ki, E.Cəfərovun sözügedən mövzu ilə bağlı açıqlamasına aşağıdakı videonun 32-ci dəqiqəsindən sonra baxa bilərsiniz.

# 21406
avatar

Yalçın UĞUR

Oxşar yazılar