Gürcüstanda daha bir deputat koronavirusa yoluxdu
13 sentyabr 2020 13:13 (UTC +04:00)

Gürcüstanda daha bir deputat koronavirusa yoluxdu

Gürcüstan parlamentinin daha bir deputatı Gedevan Popxadze koronavirusa yoluxub. APA-nın Gürcüstan bürosu xəbər verir ki, ötən gün yüksək temperaturla xəstəxanaya müraciət edən millət vəkilinin COVİD-19 analizinin cavabı müsbət olub.

Qeyd edək ki, bir neçə gün öncə  parlamentin digər üzvü Levan Qoqiçaişvilinin də virusa yoluxması təsdiqlənib.

Hər iki deputatın vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1421

Oxşar yazılar