1270
03:25
13 Sentyabr 2020

Üç avtomobil toqquşub, xəsarət alan var - FOTO

Abşeronda zəncirvari yol-nəqliyyatı hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Qobu qəsəbəsində baş verib.

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü qəfil əyləcdən istifadə edib. “VAZ 21015” markalı avtomobil ona çırpılıb. Evakuator xidmətinə məxsus nəqliyyat vasitəsi isə “VAZ 21015”ə çırpılıb. Nəticədə “VAZ 21015”də olan bir nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Abşeron Rayon Polis İdarəsində hadisənin təfərrüatları araşdırılır.

Dİgər xəbərlər