Gürcüstanda son sutkada 158 nəfər koronavirusa yoluxdu
12 sentyabr 2020 10:56 (UTC +04:00)

Gürcüstanda son sutkada 158 nəfər koronavirusa yoluxdu


Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 158 yoluxma halı qeydə alınıb.  

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 2017 nəfərə çatıb. Bu, Gürcüstanda virusa yoluxmanın qeydə alındığı 26 fevral tarixindən etibrən ən yüksək sutkalıq yoluxma göstəricisidir.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 5882 nəfər karantində saxlanılır, 390 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1363 nəfərin sağaldığı,  19 nəfərin isə vəfat etdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1559

Oxşar yazılar