3829
15:42
11 Sentyabr 2020

Kriminal avtoritetlər Tümenə yığışır: Sabah dəfndi, şəhər mühasirədə

Rusiyanın hər yerindən kriminal avtoritetlər Tümenə, Vladimir Zyatkovun dəfninə axışır.

Lent.az -ın yerli KİV-ə istinadən məlumatına görə, artıq bu gündən "qanuni oğru"nun dəfn ediləcəyi İşim qəsəbəsinə və Tümenə OMON və digər güc strukturları cəlb olunub.

Buna səbəb isə dəfn zamanı təhlükəsizliyin tam təmin olunması və xoşagəlməz insidentin yaşanmamasıdır.

Xatırladaq ki, dəfn mərasimi sabah keçiriləcək.

Rusiyanın nüfuzlu “qanuni oğru”larından olan Vladimir Zyatkov sentyabrın 11-də Xanti-Mansiyksdəki Çyornaya çayında kater sürərkən qəzaya uğrayıb və həlak olub.