Şagirdlərin yerdəyişməsi üzrə sorğuların qəbulu dayandırılır - SƏBƏB
11 sentyabr 2020 14:21 (UTC +04:00)

Şagirdlərin yerdəyişməsi üzrə sorğuların qəbulu dayandırılır - SƏBƏB

Sentyabrın 11-i saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi sistemində yay dövrü üçün şagird yerdəyişməsi prosesi dayandırılır.

Təhsil Nazirliyindən Lent.az-a verilən xəbərə görə, səbəb siniflərin komplektləşdirilməsinin təmin edilməsi ilə bağlıdır.

Portalda mövcud sorğuların tamamlanması  prosesi sentyabrın 15-i saat 18:00-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərinin əvvəl oxuduğu məktəbdən götürərək yerdəyişmə etdikləri məktəbə təqdim olunmasını təmin etməlidirlər.

Yerdəyişmə portalının oktyabrın ilk həftəsində yenidən açılması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1799

Oxşar yazılar