“Bu il qəbul imtahanlarının ikinci mərhələsində iştirak edən ötənilki abituriyentlərin keçən il verdikləri buraxılış imtahanlarının nəticələri nəzərə alınacaq”.
Lent.az məlumat verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, ötənilki buraxılış imtahanlarının nəticələri qüvvədə qalıb:
“Buna görə də abituriyentlər həmin imtahanın balı da nəzərə alınmaqla, builki müsabiqədə iştirak edə bilərlər”.