Dünən yol qəzalarında 5 nəfər ölüb
10 sentyabr 2020 11:41 (UTC +04:00)

Dünən yol qəzalarında 5 nəfər ölüb

Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilmiş 34 cinayətin üstünü “isti izlər”lə açıb.

Lent.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 45 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüşb, 12 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1843

Oxşar yazılar