Parlamentdə TƏBİB-dən NARAZILIQ
09 sentyabr 2020 11:50 (UTC +04:00)

Parlamentdə TƏBİB-dən NARAZILIQ

“Tovuzda Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində zərər dəymiş 36 evin bərpa və təmiri ilə bağlı Fövqəladə Hallar Nazirliyi və digər qurumlar iş aparır. Bu qurumlara təşəkkür edirəm”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Arzu Nağıyev bildirib.

A. Nağıyev Tovuz, Gədəbəy kimi sərhədyanı zonalarda kommunal xərclərin yarıbayarı azaldılmasının vacib olduğunu bildirib: “Bu məsələyə parlamentdə də baxılması yaxşı olardı. Bu bölgələrdən miqrasiya prosesinin tənzimlənməsi üçün belə addımın atılması yaxşı olar”.

Deputat diz implantı məsələsinin də aktual olduğunu söyləyib: “TƏBİB yaranana qədər hər il 600-ə qədər insan pulsuz belə əməliyyatla təmin edilirdi. TƏBİB yaranandan sonra bil əməliyyat belə aparılmayıb. Bununla bağlı da TƏBİB rəhbərliyi dəvət olunmaqla, müzakirələr keçirilməsi vacibdir”.

Komitə sədri Musa Quliyev isə Milli Məclisin Səhiyyə və Əmək və sosial siyasət komitəsinin, Səhiyyə Nazirliyinin və müvafiq qurumların iştirakı ilə dinləmələr keçirilə biləcəyini söyləyib.

# 2647
avatar

Oxşar yazılar