Məktəbəqədər tədrislə bağlı DƏYİŞİKLİK
09 sentyabr 2020 11:46 (UTC +04:00)

Məktəbəqədər tədrislə bağlı DƏYİŞİKLİK

Xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar verib. 

Lent.az-ın məlumatına görə, qərara əsasən, “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.1. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində – 2020-ci il oktyabrın 1-dən;”,

1.2. aşağıdakı məzmunda 1.1-1-ci bənd əlavə edilsin:

“1.1-1. ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində – 2020-ci il sentyabrın 15-dən;”.

Qeyd edək ki, Qərar 2020-ci il noyabrın 2-dək qüvvədədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2541

Oxşar yazılar