“Qalatasaray”ın hücumçusu keçmiş klubuna qayıtdı
08 sentyabr 2020 17:34 (UTC +04:00)

“Qalatasaray”ın hücumçusu keçmiş klubuna qayıtdı

Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan Türkiyənin “Qalatasaray” klubu bir futbolçusu ilə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, hücumçu Adəm Büyük İstanbul təmsilçisi ilə vidalaşıb.

33 yaşlı forvard Super Liqada çıxış etməkdə davam edəcək. O, keçmiş komandası “Yeni Malatyaspor”la anlaşıb. Adəm 2021-ci ilin yayına qədər müqavilə ilə məxsus olduğu “cim-bom”u keçmiş komandasına dəyişib.

Qeyd edək ki, Adəm Büyük “Qalatasaray”a ötən ilin yayında məhz “Yeni Malatyaspor”dan keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2656

Oxşar yazılar