2572
15:50
08 Sentyabr 2020

Bu il 600 balı keçənlərin sayı artıb - RƏSMİ

İxtisas qrupları üzrə 600 baldan yuxarı nəticə göstərənlərin sayı açıqlanıb.

Lent.az məlumat verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, I ixtisas qrupu üzrə bu il 607 nəfər 600-ü keçib:

“Keçən il isə 600-ü keçənlərin sayı 553 idi. II ixtisas qrupunda 600-dən çox bal toplayanların sayı 215 nəfər olub, ötən il isə bu rəqəm 404 idi. Qeyd edim ki, bu il sözügedən ixtisas qrupunda iştirakçı sayı 2 000 olub.

III ixtisas qrupunda 600-ü keçən 550 nəfər olub ki, ötən il bu say 604 olub. IV ixtisas qrupunda isə bu il 353 nəfər 600-dən çox bal toplayıb. Ötən il bu rəqəm 378 idi”.