Adam öldürən aktyora ağır cəza verildi
08 sentyabr 2020 14:12 (UTC +04:00)

Adam öldürən aktyora ağır cəza verildi

Rusiyanın məşhur aktyoru Mixail Yefremov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Lent.az Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, bu ilin iyun ayında paytaxtın “Sadovoe koltso” ərazisində avtomobili ilə insan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən aktyor Mixail Yefremovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Moskvanın Presnenskiy Rayon Məhkəməsi alkoqollu vəziyyətdə sükan arxasına keçən və insan itkisi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədən məşhur aktyor barəsində hökm çıxarıb. Hökmə əsasən, M. Yefremov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il azadlıqdan məhrum edilib .

Yefremov məhkəmə prosesi zamanı günahını etiraf etməyərək, qəza zamanı sükan arxasında olmadığını bildirib. Məhkəmə onun barəsində hökm çıxararkən aktyorun günahını etiraf etməsini də vurğulayıb.

 M. Yefermovun vəkili azərbaycanlı Elman Paşayev olub. Paşayev məhkəmə prosesi müddətində aktyorun sükan arxasında olmaması barədə dəfələrlə vəsatət qaldırsa və şahidin olduğunu bildirsə də, məhkəmə vəkilin vəsatətini təmin etməyib.

Qeyd edək ki, iyunun 8-də Moskvada “Jeep Grand Cherokee” avtomobili idarə edən Yefremov qarşıdakı zolağa çıxaraq “Lada” avtomobili ilə toqquşub. Nəticədə “Lada”nın sürücüsü kəllə-beyin travması alaraq vəfat edib. Ekspertiza aktyorun sərxoş olduğunu müəyyənləşdirib. Yevremov özü qəza zamanı xəsarət almayıb.

# 2794
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar