1935
15:23
07 Sentyabr 2020

Bakıda 6 yaşlı uşaq faciəli şəkildə öldü

Bakıda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, sentyabrın 5-də saat 11 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində Abşeron rayon sakini M.Mirqasımov idarə etdiyi “QAZ-3302” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini, 6 yaşlı Səid İmamverdiyevi vurub.

Ağır xəsarətlə xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.

Faktla bağlı Binqədi rayon Polis İdarəsində araşdırma aparılır.

Dİgər xəbərlər