Qubada 10 ton ot yandı - YENİLƏNİB
07 sentyabr 2020 13:09 (UTC +04:00)

Qubada 10 ton ot yandı - YENİLƏNİB

Quba rayonunun Muçu kəndində həyətyanı sahədə 15 ton ot bağlamasının 10 tonu yanıb.

Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın  söndürülüb.

***

10.29

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Quba rayonunun Muçu kəndində (rayon mərkəzindən 83 kilometr aralı, mürəkkəb relyefli dağlıq ərazi) həyətyanı sahədə ot tayalarının yanması barədə məlumat daxil olub.

Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi əraziyə cəlb olunub.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1376

Oxşar yazılar