14:02
06 Sentyabr 2020

Qonşu ölkədə bir gündə 100-dən çox ölüm

İranda ötən sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan daha 139 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Bununla da İranda bu virusa yoluxma nəticəsində ölənlərin sayı 22 293 nəfərə yüksəlib.

İranda ötən sutkada 1992 nəfər koronavirusa yoluxub və ölkədə bu virusa yoluxanların sayı 386 658 nəfərə yüksəlib. Koronavirusa yoluxanlardan 3 722 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 333900 nəfər koronavirusdan sağalıb.

Dİgər xəbərlər