“Facebook Messenger”dən mesajlara MƏHDUDİYYƏT
05 sentyabr 2020 18:46 (UTC +04:00)

“Facebook Messenger”dən mesajlara MƏHDUDİYYƏT

“Facebook” şirkəti öz platformalarında yalan məlumatların yayılması ilə mübarizə aparmağa davam edir.

Bu dəfə “Facebook Messenger”də mesajların kütləvi göndərilməsinə qarşı məhdudiyyət tətbiq edilməsi elan edilib.

Lent.az "ictnews"a istinadən xəbər verir ki, hazırda xidmət eyni anda ən çox 5 istifadəçi və ya qrupa mesaj göndərilməsini həyata keçirməyə imkan verir.
 
Şirkətin nümayəndələri mesajların eyni anda göndərilməsinə tətbiq edilmiş məhdudiyyətin yalan məlumat vermə və zərərverici məzmunun yayılması ilə mübarizədə səmərəli vasitə olduğunu hesab edirlər. Xatırladaq ki, iyulda eyni məhdudiyyət “WhatsApp” messencerinə də tətbiq edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4393

Oxşar yazılar