4-cü mərtəbədən yıxılan azyaşlı öldü
05 sentyabr 2020 13:32 (UTC +04:00)

4-cü mərtəbədən yıxılan azyaşlı öldü

Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin 4-cü mikrorayonunda 2012-ci il təvəllüdlü Ağazadə Zəhra Vüqar qızı ehtiyatsızlıqdan 4-cü mərtəbədən yıxılıb.

Ağır xəsarət alan azyaşlının həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4776

Oxşar yazılar