Rusiya Poroşenkoya qarşı sanksiyalar tətbiq etdi
05 sentyabr 2020 06:12 (UTC +04:00)

Rusiya Poroşenkoya qarşı sanksiyalar tətbiq etdi

Rusiya hökumət Ukraynaya qarşı fərdi sanksiyaları genişləndirib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə məlumat federal hüquqi informasiya portalında yerləşdirilib.

Siyahıya sabiq prezident Petro Poroşenko da əlavə edilib. 

Qeyd edək ki, 2018-ci ilin noyabrında rəsmi Moskva Ukraynadan olan 300-dən çox fiziki və 68 hüquqi şəxsə qarşı xüsusi iqtisadi sanksiyalar tətbiq etmişdi. Siyahıya daha sonra bir çox tanınmış siyasətçilər və o dövrdə vəzifədə olan məmurlar (Daxili İşlər naziri Arsen Avakov, Müdafiə naziri Stepan Poltorak və s.) daxil edilib. 

Sanksiya adları siyahıda olan fiziki və hüquqi şəxslərə məxsus əmlakın bloklanmasını, o cümlədən kapitalın Rusiya ərazisindən ölkə xaricinə çıxarılmasına qadağanı nəzərdə tutur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2161

Oxşar yazılar