1339
16:27
04 Sentyabr 2020

Qabiliyyət imtahanı komissiyası üzrə qeydiyyatdan keçən abituriyentlərə MÜRACİƏT

Dövlət İmtahan Mərkəzi təsviri sənət istiqamətinə aid bir neçə qabiliyyət imtahanı komissiyası üzrə qeydiyyatdan keçən abituriyentlərin/subbakalavrlara müraciət edib.

DİM-dən APA-ya verilən məlumata görə, abituriyentin/subbakalavrın Qrafika (11), Rəngkarlıq (10) komissiyalarının hər hansı biri üzrə rəsm və rəngkarlıq fənlərindən aldığı müsbət qiymət digər komissiyanın və Dekorativ sənət (15) komissiyasının həmin fənlər üzrə imtahanına şamil olunur.

Abituriyentin/subbakalavrın Dizayn (14) və Heykəltəraşlıq (12) komissiyalarının rəsm imtahanından aldığı müsbət qiymət Dekorativ sənət (15) komissiyasının bu fənn üzrə imtahanına şamil olunur.