Bakıda kranın aşması bu küçəyə girişi bağladı - FOTO
04 sentyabr 2020 14:46 (UTC +04:00)

Bakıda kranın aşması bu küçəyə girişi bağladı - FOTO

Bakıda Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində kranın aşması nəticəsində nəqliyyatın hərəkətində problem yaranıb.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində kranın aşması ilə əlaqədar Həsən Əliyev küçəsindən Azadlıq prospektinə giriş (şəhər istiqamətində) bağlanıb:

"Hazırda avtomobillər eləcə də, müntəzəm və ekspres xətlər üzrə avtobuslar alternativ yollardan keçməklə hərəkət edirlər. Sürücülərdən zərurət olmadığı halda bu istiqamətdə hərəkətdən çəkinmələrini xahiş edirik".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3049

Oxşar yazılar