123 Azərbaycan vətəndaşı Gürcüstandan təxliyə edildi
04 sentyabr 2020 10:27 (UTC +04:00)

123 Azərbaycan vətəndaşı Gürcüstandan təxliyə edildi

Gürcüstandan daha 281 nəfər Azərbaycana təxliyə edilib.

APA-nın yerli bürosu xəbər verir ki, təxliyə edilənlərdən 123-ü Azərbaycan, 151-i Gürcüstan, 5-i Rusiya, 1-i Türkiyə, 1-i isə Ukrayna vətəndaşıdır.

Onlar ötən gün Marneulidəki klinikalardan birində koronavirus testlərindən keçiriliblər və heç birində “COVID-19” virusu aşkarlanmayıb.

Təxliyə edilənlər bu dəqiqələrdə Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından xüsusi ayrılmış 5 avtobusla "Sınıq Körpü" sərhəd keçid məntəqəsinə yola salınıblar.

Qeyd edək ki, aprelin 5-də Azərbaycan-Gürcüstan sərhədlərinin bağlanmasından sonra Gürcüstandan 2 minə yaxın azərbaycanlının təxliyəsi həyata keçirilib.

Gürcüstandan Azərbaycan vətəndaşlarının növbəti təxliyəsinin isə sentyabrın 8-də həyata keçiriləcəyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1266

Oxşar yazılar