2096
13:43
03 Sentyabr 2020

Xaricə gedən, xaricdən gələn tələbələrimiz - VƏZİYYƏT NECƏDİR?

“Təhlil aparsaq görərik ki, pandemiya ən çox təhsil sahəsinə ciddi təsir göstərdi. Bu sahənin fəaliyyətini davam etdirməsi üçün bütün infrastrukturu 180 dərəcə dəyişməlidir”.

Bunu Lent.az -a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O, xaricə təhsil almağa gedənləri maraqlandıran məsələlərə toxunub: “Məlum olduğu kimi, yayda həm də qəbul imtahanları keçirilir. Bu həm ölkə daxilində, həm də ölkədən xaricdə təhsil almağa gedənlər üçün imkanların yarandığı aydır. Amma pandemiya səbəbindən qəbul prosesində ləngimələr var. Xarici universitetlərin bir çoxu bununla bağlı ciddi addımlar atdı. Əməkdaşlıq etdiyimiz Türkiyənin bir çox universiteti tələbələrin qəbul sənədlərini və digər hüquqi prosedurları təhsil alan gəlmədən onlayn qaydada yerinə yetirdilər. Bu, ancaq imtahansız qəbul aparılan universitetlər ilə bağlıdır, Amma bir sıra universitetlər YÖS, SAT və digər imtahanlar da Türkiyədə yox, onlayn əməkdaşlıq etdikləri ölkələrdə olan mərkəzlər vasitəsi ilə, elə o ölkələrdə keçirdi”.

Ekspert bildirib ki, Türkiyə 2023-cu ilə kimi ölkəyə 350 min xarici tələbə cəlb etməyi planlaşdırdığı üçün bütün üsullardan istifdə edərək xarici ölkələrdən gələcək tələbələrin işini rahatlaşdırmağa çalışır: “Artıq Türkiyədə dərslər universitetlərdə nəzərədə tutulduğu vaxtda başlayacaq. Bu mümkün olmasa belə, yüksək səviyyətə distant formada tədris prosesi təşkil olunacaq. Digər tərəfdən, Türkiyə tərəfi iyunun 1-dən etibarən Azərbaycan ilə hava nəqliyyatını açıb. Digər Avropa və Asiya ölkələri ilə də daha geniş sərhədlər açılacaq. Bu il də Azərbaycandan azı 4 min tələbənin Türkiyədə təhsil almağa getməsi proqnozlaşdırılır. Pandemiya prosesi gecikdirsə də, qarşısını ala bilmədi. Türkiyə tərəfi, oradakı universitetlər bizim tələbələr üçün bütün imkanları yaratdılar. Digər tərəfdən, Türkiyə universitetilərində ənənəvi qaydada dərslər başlayacağından bu il ora müraciətlər əvvəlki illərlə o qədər də fərqlənmədi.

K.Əsədov onu da bildirib ki, Türkiyə xaricdən gələn tələbələr üçün təhsil haqları və sığortalarda güzəşt etdiyi üçün bu il ölkəyə xarici ölkələrdən tələbə axını olub: “Əvvəllər İtaliya və bu kimi digər Avropa ölkələrinə üz tutanlar da bu il təhsil almaq üçün Türkiyəni seçib”.

K.Əsədov xarici tələbələrlə bağlı Azərbaycandakı mövcud vəziyyətə də toxunub. Bizdə ümumillikdə 58 ölkədən 4189 əcnəbi tələbə təhsil alır: “Hər il xarici ölkələrədn ölkəmizə təhsil almaq üçün 600-1200 arası tələbə gəlirdisə, bu il bu rəqəm 100-dən bir qədər artıq olub. Təxminən 63 faziə qədər azalıb”.

K.Əsədovun sözlərinə görə, gələn tələbələr Türkiyə, İran və Rusiyadandır, artıq bir neçə universitetdə qəbul olunublar. Bu tələbələrin sənədlərinin qəbulu onlayn qaydada həyata keçirilib.

Dİgər xəbərlər