Rusiyada koronavirusdan ölənlərin sayı 114 nəfər artdı
03 sentyabr 2020 18:41 (UTC +04:00)

Rusiyada koronavirusdan ölənlərin sayı 114 nəfər artdı

Rusiyada son sutka ərzində daha 4995 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1009995 nəfərə çatıb.

Son sutka ərzində 114 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 17 528 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2328

Oxşar yazılar