06:10
03 Sentyabr 2020

Fəxrəddin Qoca: “Türkiyə birinci dalğanın ikinci zirvəsindədir”


“Xəstələrin və ölüm sayının artımından məyusuq. Son dönəmdə ən ciddi artım Ankaradadır”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurmunun növbəti toplantısından sonra belə bildirib.

Nazir deyib ki, ölkə boyu COVID-19 infeksiyasının yayılması nəzarətdədir və Türkiyə birinci dalğanın 2-ci zirvəsindədir.

F.Qoca vurğulayıb ki, indiyədək 29 min 865 səhiyyə işçisi COVID-19 infeksiyasına yoluxub, 52 səhiyyə işçisi isə bu virusdan həyatını itirib.

Dİgər xəbərlər