Rayonda soyğunçuluq edən tutuldu
02 sentyabr 2020 11:23 (UTC +04:00)

Rayonda soyğunçuluq edən tutuldu

Quba rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində bir vətəndaşa qarşı soyğunçuluq edərək, onun mobil telefonunu açıq talama yolu ilə ələ keçirən Xaçmaz rayon sakini Ədalət Novruzov saxlanılıb.

DİN mətbuat xidmətinin Quba Regional qrupundan Lent.az-a verilən məlumata görə, dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Ə.Novruzovun soyğunçuluq yolu ilə əldə etdiyi bir ədəd mobil telefon maddi sübut kimi götürülüb.

Faktla əlaqədar həmin şəxs barəsində  Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, onun başqa cinayət hadisələrində iştirak edib- etməməsi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1392

Oxşar yazılar