Pentaqon Çinin hərbi gəmiqayırma və raket istehsalına görə ABŞ-ı keçdiyini etiraf etdi
02 sentyabr 2020 02:51 (UTC +04:00)

Pentaqon Çinin hərbi gəmiqayırma və raket istehsalına görə ABŞ-ı keçdiyini etiraf etdi

 

Çin Xalq Qurtuluş Ordusu (ÇXQO) gəmiqayırma, yerüstü ballistik raketlər, qanadlı raketlər istehsalında və hava hücumundan müdafiə sistemlərinin inteqrasiyasında artıq ABŞ Silahlı Qüvvələrini keçib.

APA xəbər verir ki, belə bir məlumatlar Çinin hərbi gücünə dair Pentaqonun yayımladığı illik hesabatda yer alıb. Sənəd baxılması üçün ABŞ Konqresinə təqdim edilib.

Ölkənin hərbi idarəedici qurumunun məlumatına görə, “çox güman ki, Pekin əsrin ortalarına qədər ABŞ ordusuna bərabər və ya bəzi hallarda ondan da üstün ordu yaratmağa çalışacaq, ya da bəzi hallarda ÇXR özü üçün təhlükə olaraq gördüyü hər hansı bir digər böyük gücün ordularından üstün olacaq. Builki hesabatda göstərilir ki, ÇXR son iyirmi ildə ÇXQO-nu hər cəhətdən gücləndirmək və modernləşdirmək üçün resurslarını, texnologiyanı və siyasi iradəni səfərbər edib. Əslində hesabata görə, Çin gəmiqayırma kimi müəyyən sahələrdə onsuz da ABŞ-ı qabaqlayır”, - deyə sənəddə qeyd olunur.

# 1570
avatar

Oxşar yazılar