15:26
01 Sentyabr 2020

Təhsil Şöbəsinin müdirinə töhmət verildi: yığıncaq keçirib


Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilən xüsusi karantin rejimi qaydalarını pozaraq ev şəraitində 19 nəfərdən ibarət yığıncaq təşkil edib.

Bu barədə Təhsil Nazirliyindən APA -nın sorğusuna cavab olaraq bildirilib.

Bildirilib ki, qeyd edilənlər nəzərə alınaraq, Təhsil nazirinin müvafiq əmri ilə Mətanət Misirxanovaya töhmət verilib.

Dİgər xəbərlər