Son 5 ayda 57 nəfəri ilan sancıb - RƏSMİ
01 sentyabr 2020 11:40 (UTC +04:00)

Son 5 ayda 57 nəfəri ilan sancıb - RƏSMİ

 “Aprel-avqust aylarında ilan sancması ilə bağlı Klinik Tibbi Mərkəzə 57 müraciət daxil olub”.

Bu sözləri Lent.az-a açıqlamasında mərkəzin toksikologiya şöbəsinin Baş həkimi, ölkənin Baş toksikoloqu Azər Maqsudov deyib. O bildirib ki, 57 nəfərdən 6-sı azyaşlı olub:

“Sözügedən müddət ərzində əqrəb sancmasından 1, qaraqurd sancmasından isə 3 müraciət daxil olub".

A.Maqsudov qeyd edib ki, sancmalar səbəbindən ölüm halı qeydə alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1376

Oxşar yazılar