658
10:10
01 Sentyabr 2020

Evinin həyətindən 45 kilo narkotik bitki tapıldı - FOTO

Ağdaşda narkotik bitkilər əkib-becərən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaşda yaşadığı ünvanda çətənə kolları becərən Bakı şəhər sakini Mehman Soltanov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan hündürlükləri 3 m 10 sm-dən 4 m 20 sm-dək, ümumi çəkisi 45 kiloqram olan 12 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək, maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində araşdırma aparılır.