Bakı-Qazax yolunda minik maşını yük maşını ilə toqquşdu
01 sentyabr 2020 08:16 (UTC +04:00)

Bakı-Qazax yolunda minik maşını yük maşını ilə toqquşdu

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Qırlı kəndində keçən hissəsində qeydə alınıb.

Goranboy sakini, 27 yaşlı Nürəddin Nağızadə idarə etdiyi "Priora" markalı minik maşını ilə "Shacman" markalı yük maşını toqquşub. Qəza zamanı “Priora”nın sürücüsü və onun sərnişini Aysel Kərimova xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

# 1276
avatar

Oxşar yazılar