Beş yaşdan aşağı uşaqların da maska taxması vacib ola bilər
31 avqust 2020 14:40 (UTC +04:00)

Beş yaşdan aşağı uşaqların da maska taxması vacib ola bilər

“Ümumdünya Səhiyyə Təşkilatı UNICEF və Beynəlxalq Pediatrik Assosiasiya ilə bir araya gələrək uşaqların maskadan istifadəsi ilə bağlı statistikaya nəzər yetirib. Ümumiyyətlə, biz 5 yaşından aşağı uşaqların maska taxmasına ehtiyac görmürük”.

e-tibb.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının mətbuat katibi Marqaret Harris açıqlayıb. Amma ÜST təmsiliçisi bildirib ki, müəyyən şəraitdə onların da maska taxması vacib ola bilər: “Beş yaşından yuxarı uşaqlarda isə maskadan necə, harada, nə zaman istifadə olunması və bunun səbəbləri ilə bağlı tövsiyə və təlimatlarımız var”.

Qeyd edək ki, bir qədər əvvəl koronavirusa qarşı tibbi maskaların hansı yaşdan istifadə olunmasına dair tövsiyələr açıqlanıb.

ÜST və UNICEF tövsiyələrinə görə, pandemiya ilə əlaqədar 5 yaşdan kiçik uşaqlara maska taxılması tələb olunmamalıdır. Bu, uşağın təhlükəsizliyinə, ümumi maraqlara, eləcə də maskanı lazımi qaydada istifadə etmək qabiliyyətinə əsaslanır. ÜST və UNİCEF 6-11 yaşlarında olan uşaqlar üçün bir neçə amili nəzərə almağı tövsiyə edir. Məlumata görə, burada söhbət maskanı ​​etibarlı və düzgün istifadə etmək, virusun yayılması səviyyəsindən gedir.

Təşkilatlar ​​maskanı 12 yaşdan yuxarı uşaqlarən maskadan istifadəsini tövsiyə edir.

# 2809
avatar

Oxşar yazılar